Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Rusiyadan Azərbaycana gələn turistlərin sayı artıb

Rusiyadan Azərbaycana qrup halında gələn turistlərin sayı artıb.

Yenicag.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

Onun sözlərinə görə, 5-10 il əvvəl Rusiyadan Azərbaycana az sayda turist gəlirdi. Gələn turistlər isə əsasən, Bilgəh qəsəbəsində və Nabranda qalırdılar: “Ancaq indi Rusiyadan Azərbaycana çoxlu turist gəlir. Bu, Azərbaycan və Rusiyanın keçirdiyi müxtəlif tədbirlərin nəticəsidir”.

Azərbaycana əvvəllər Rusiyadan qrup şəklində turistlərin gəlmədiyini deyən M.Ağakərimov bildirib ki, onlar daha çox Türkiyə və Misirə səyahət edirdilər: “Lakin bu ölkələrdə baş verən məlum hadisələrdən sonra rusiyalı turistlərin oraya səfəri azaldı. Rus turistləri daha çox isti, dəniz kənarında olan ölkələrə üz tuturlar ki, Azərbaycan da məhz belə ölkədir. Azərbaycanla vizasız rejim və məsafə yaxınlığı nəticəsində Rusiyadan qrup halında gələn turistlərin sayı artıb”.

M.Ağakərimov Azərbaycanın turizm sektoru üçün Rusiya bazarının daha da genişləndirilməsini vacib hesab edir. Onun sözlərinə görə, hazırda Azərbaycana ərəb ölkələrindən, İrandan daha çox turist gəlir. Qazaxıstandan isə müalicə turizmi üçün gələnlərin sayı çoxalıb: “Azərbaycana Yaponiyadan, Cənubi Koreyadan da turistlər gəlir. Onlar elə 1990-cı illərdən Azərbaycanı tanımağa başlayıblar.

AzTA rəsmisi onu da əlavə edib ki, Azərbaycanda daxili turizmin inkişafı yüksələn xətlə gedir. Əvvəllər yayda regionlardakı hotellərdə yer tapmaq olurdu. Ancaq indi, xüsusilə şənbə-bazar günlərində yer tapmaq çətinləşib.

M.Ağakərimov deyib ki, Azərbaycanda 2015-ci ilin fevral ayında manatın devalvasiyası baş verdikdən sonra xarici ölkələrə səfərlərin qiyməti bahalaşıb. Lakin regionlarda 3-4 il əvvəlki qiymətlər qalıb.

AzTA rəsmisi hesab edir ki, bütün sadalanan amillərlə əlaqədar, əvvəllər Azərbaycandan Fransa, Almaniya, Çexiyaya dincəlmək üçün gedənlərin sayı çox olsa da, indi bu rəqəm azalıb.

Yenicag.Az

www.yenicag.az

340
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM