Rusiyadan Azərbaycana külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbaut Xidmətindən Yenicag.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 24 000 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az