!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan Bakıya uçuşlar bərpa edilir

!Reklam – Yazi

Fevralın 17-dən Rusiyanın “Pegas Fly” şirkəti Nijni Novqoroddan Bakıya reyslərə başlamağı planlaşdırır.

Yenicag.az İnterfaks- istinadən xəbər verir ki, reyslər Nijni Novqorodun “Striqino” aeroportundan fevralın 17-dən martın 24-dək planlaşdılır. Uçuşlar çərşənbə günləri yerinə yetiriləcək.

“Uçuşlar Nijni Novqoroddan yerli vaxtla 23:35-də yerinə yetiriləcək. Heydər Əliyev Hava Limanına eniş yerli vaxtla saat 03:35-də olacaq. Əks istiqamətdə uçuşlar yerli vaxtla 4:35-də yerinə yetiriləcək. Nijni Novqoroda eniş saat 06:35-də olacaq”, – aeroportun saytındakı cədvəldə qeyd olunur.

Bundan başqa, 2021-ci ilin mart ayında Rusiyanın “Ural Hava Yolları” şirkəti Yekaterinburqdan Azərbaycana reysləri bərpa etməyi planlaşdırır.

Yekaterinburq aeroportunun saytındakı cədvələ əsasən, Bakıya reyslər “Aerobus” tipli təyyarələrlə cümə axşamları yerinə yetiriləcək. Uçuşların müddəti – martın 4-dən 25-dək olacaq. (İnterfaks)

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv