Rusiyanın “Uralskie avialinii” aviaşirkəti Perm şəhərindən Bakıya yeni reysləri işə salacaq.
Yenicag.az xəbər verir ki, uçuşların iyunun 3-dən başlayacağı və oktyabrın 28-dək davam edəcəyi bildirilib.
Təyyarə Permdən saat 08:30-da çıxacaq, Bakıda 10:35-də eniş edəcək. Biletin qiyməti 220,23 dollar təşkil edir.