!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan Brexit qərarına münasibət

!Reklam – Yazi

Moskva sabit və proqnozlaşdırılamış əlaqələr qura biləcəyi Avropa İttifaqı ilə maraqlanır.

Yenicag.az xəbər verir ki, bu barədə Londondakı Rusiya səfirliyi bəyanat verib.

Parisə səfəri zamanı İngiltərə Xarici İşlər naziri Jeremy Hunt isə Fransanın “Inter” radiostansiyasına bildirib ki, “Brexit” ssenarisi London və Brüssel arasında əməkdaşlıq müqaviləsi imzalanmadan sona çatıb. Buna isə tək sevinən Rusiya prezidenti Vladimir Putindir.

Rusiya səfirliyi rəsmiləri ingilis diplomatın müzakirələr əsnasında belə arqumentlər istifadə etdiyindən təəssüfləndiklərini bildiriblər: “Avropa İttifaqı siyasi, işgüzar, mədəni və ədalətli insan əlaqələri baxımından əhəmiyyətli bir qonşu və əsas tərəfdaşdır. Biz bunun müsbət öngörülməsini istəyirik”.

Qeyd edək ki, London və Brüssel arasında Böyük Britaniyanın Aİ-ni tərk etmək şərtləri ilə bağlı rəsmi danışıqlar 2017-ci il iyunun 19-da başlayıb. Bir il əvvəl Böyük Britaniyanın vətəndaşlarının 51.9% -i referendumda “Brexit”in lehinə səs verib.

“Brexit” üzrə danışıqlar bu ilin noyabr ayına qədər davam etməlidir və sonra Avropa Parlamenti müqaviləni təsdiqləməlidir. “Brexit” 2019-cu il 29 Mart tarixində reallaşacaq və sonra keçid dövrü başlayacaq. Bu proses 2020-ci il 31 dekabr tarixinə qədər davam edəcək.

www.yenicag.az

3728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv