!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan CAVAB - Bu ölkənin diplomatını ölkədən qovdu

!Reklam – Yazi

Rəsmi Moskva estoniyalı diplomatı ölkədən deportasiya edib.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, ölkəsi bu addımı Estoniyanın Rusiya səfirliyinin əməkdaşını “persona non qrata” elan etməsinə cavab olaraq atıb.

“Bu yaxınlarda and içən Estoniyanın yeni hökuməti, bəlkə də bu şəkildə Vaşinqton və Brüsseldəki kuratorlarına sədaqət göstərməyə qərar verərək, Rusiyanın Estoniyadakı səfirliyinin diplomatını əsassız olaraq “persona non qrata” elan etdi”, – deyə Rusiyanın XİN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, həmin diplomat Moskva və Tallinin əməkdaşlıq etdiyi sahələrdə – təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərirdi.

Xatırladaq ki, fevralın əvvəlində Rusiya İsveç, Almaniya və Polşanın diplomatlarını qanunsuz aksiyalarda iştirak etdiklərinə görə ölkədən göndərmişdi. Buna cavab olaraq Berlin, Varşava və Stokholm da rusiyalı diplomatları deportasiya etmişdi.

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv