Rusiyadan Cənubi Qafqazda nəqliyyat potensialı açıqlaması

“Rusiya tərəfinin fəal iştirakı ilə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Zaxarova deyib ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli nizamlanmasına töhfə verir.

Onun sözlərinə görə, baş nazirin müavinlərinin həmsədrlik etdiyi müvafiq Üçtərəfli İşçi Qrupu çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması yolunda çoxlu işlər görülüb:

“Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialından maksimum istifadə edə bilmək üçün konkret layihələrin tez bir zamanda reallaşdırılması üçün iş aparırıq. Azərbaycan və Ermənistandan olan həmkarlarla sülh müqaviləsinin imzalanması üçün sıx koordinasiya həyata keçirilir”./Report/