Rusiyadan daha 150 nəfər Azərbaycana təxliyə edildi

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) daha 150 Azərbaycan vətəndaşının ölkəyə qayıtmasını təmin etmək üçün Moskvadan Bakıya çarter reysi yerinə yetirib.

Yenicag.az xəbər verir ki, Moskva vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) havaya qalxıb.

“Təyyarə Moskvanın Domodedovo hava limanından havaya qalxıb. Avialaynerin göyərtəsində 150 soydaşımız var. Aviareys saat 12:00-a nəzərdə tutulsa da, bir az gecikmə yaşanıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, dünən 155 Azərbaycan vətəndaşı Dağıstan sərhədindən avtobuslarla Vətənə gətirilib.