Rusiyadan diplomatik DEMARŞ – ABŞ səfirinin müavini ölkədən çıxarıldı

ABŞ-nin Moskvadakı səfirinin müavini Rusiyadan deportasiya edilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ-nin Rusiyadakı səfirinin müavini Bart Horman ölkədən çıxarılıb.

Bu barədə məlumatı ABŞ-nin Rusiyadakı səfriliyinin mətbuat katibi Ceyson Rebhold açıqlayıb:

“Horman Moskvadakı ABŞ səfirliyində səfirdən sonra ikinci vəzifəli şəxs və səffirliyin yüksək rəhbər heyətinin üzvü idi”.

Hormanın Rusiyadan çıxarılması barədə qərar ABŞ səfiri Con Sallivanın Xarici İşlər Nazirliyini (XİN) ziyarətindən sonra məlum olub.

Bildirilir ki, o, Nazirliyə gəldikdən 15 dəqiqə sonra heç bir şərh vermədən oranı tərk edib.

COP29