Rusiyadan dünyaya güc nümayişi -VİDEO

96851Rusiya ABŞ və Qərb ölkələri ilə arasının pis olduğu bir vaxtda hərbi arsenalını gücləndirməkdə davam edir.

Yenicag.az xəbər verir ki, Rusiya yeni qitələrarası raketini sınaqdan keçirib. “RS-12M Topol” adlı raket Qazağıstan ərazisində “Sarı-Şagan” poliqonunda yerləşdirilən şərti hədəfi uğurla vurub.

Balistik raket Astarxanda yerləşən “Kapustin Yar” poliqonundan havaya buraxılıb.
Rusiya müdafiə nazirliyinin Strateji Raket Qoşunları komandanlığının sözcüsü İqor Yeqorov bildirib ki, nüvə başlığı daşıyabilən qitələrarası bakistik raketin sınağı uğurla başa çatdırılıb.
“RS-12M Topol” balistik raketləri 10 min kilometr uzaqlıqdakı hədəfi dəqiqliklə məhv edə bilir. Raket 550 kilotonluq bombaları daşımaq gücünə malikdir.

İlk Topol raketi 1985 ildə istehsal olunub. Bundan başqa Rusiya ordusuda 306 Topol və 59 ədəd Topol-M nüvə başlığı daşıyan balistik raket var.

Rusiya ordusu dünyanın ən güclü ordularından biridir. Orduda təxminən 1 milyon əsgər və zabit xidmət edir, əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub.