Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırıldı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

Yenicag.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, nəqlin dayandırılması 1-4 may tarixlərində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.

Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.