Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Rusiyadan gətirilən telefonlar tutuldu - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21074” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin tavan hissəsində olan boşluqdan 3 ədəd “Samsung Galaxy A30” markalı mobil telefon, cihaz panelində olan boşluqdan isə 1 ədəd “Xiaomi Mi8 lite” markalı mobil telefon, 3 ədəd “Samsung” markalı USB kabel, 2 ədəd “Samsung” markalı “qulaqlıq”, 3 ədəd “Samsung” markalı qidalandırıcı başlığı, 1 ədəd “Samsung Galaxy A30” markalı mobil telefon üçün qutu və 2 ədəd 2 ml-lik şprislərdə “Profhilo” adlı inyeksion kosmetik vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2018