Rusiyadan “İsgəndər” AÇIQLAMASI

Rusiya Müdafiə Nazirliyi “İsgəndər” raketləri ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, qurum Qarabağda bu raket kompleksinin tətbiq olunmadığını açıqlayıb.

“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara əsasən, Qarabağ münaqişəsi zamanı “İsgəndər-M” tətbiq olunmayıb.

Bütün raket ehtiyatları Ermənistan Silahlı Qüvvələrinin hərbi anbarlarındadır”.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərini Qarabağda döyüşlər zamanı tətbiq etdiklərini lakin raketlərin partlamadığını yaxud 10%-nin partladığını açıqlamışdı.