Reklam: High Technic
hightechnic

Rusiyadan külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E-220” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Yeniçağ.Az-a verilən məlumata görə, baxış zamanı, nəqliyyat vasitəsinin sağ və sol ayaqaltı hissəsində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 9200 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Yeniçağ.Az

www.yenicag.az

133