Rusiyadan Litvaya zərbə: Haker qrupları dövlət qurumlarına hücum etdi

Rusiya ilə Litva arasında münasibətlərin daha da gərginləşəcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, gərgin münasibətlər fonunda Rusiyanın bir qrup hakeri Litvanın dövlət və özəl şirkət və qurumlarına kiberhücum təşkil edib.

Litva rəsmilərinin açıqlamalarına görə, hücumlara qarşı qabaqlayıcı tədbirlər görülüb, lakin enerji, maliyyə, nəqliyyat və bu kimi sektorlarda hücum riski yüksəkdir.