Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyadan narkotik gətirən şəxs tutuldu - FOTO

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.

Komitədən Yenicag.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən narkotik vasitələr aşkar edilib.

Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibindəki kağız bükülünün içərisindən, ümumi çəkisi 1,512 qram olan tütünlə qarışıq kütlədə, təmiz çəkisi isə 1,021 qram, 1 ədəd kibrit qutusunun içərisindən, təmiz çəkisi 3,957 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana, 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,310 qram təşkil edən, narkotik vasitə olan – həşiş qətranı aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

www.yenicag.az

5219
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100