Rusiyadan növbəti absurd TƏLƏB: “Sıxılmış qaz üçün ödənişləri ancaq bu banka…”

Rusiya xaricə satdığı sıxılmış qaza görə ödənişlərin onun müəyyənləşdirdiyi qayda əsasında aparılmasını tələb edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya “Saxalin-2” layihəsi üzrə Yaponiya və Cənubi Koreyaya satdığı sıxılmış qaza görə ödənişlərin “Qazprombank” vasitəsilə həyata keçirilməsi tələbini irəli sürüb.

Məlumata görə, layihənin yeni operatoru artıq bu tələbin yer aldığı təlimatı adları çəkilən alıcı ölkələrə göndərib.

Qeyd olunur ki, artıq alıcı tərəflərdən 2-si Rusiyanın bu tələbini yerinə yetirməyin mövcud sanksiyalara zidd olub-olmamasının araşdırılmasına başlayıb.

Xatırladıılır ki, “Saxalin-2” layihəsinə yeni operatorun təyinatı Vladimir Putinin sərəncamı əsasında baş tutub.