Zaxarova Paşinyanın həftənin sonunda müharibə başlaya biləcəyi ilə bağlı bəyanatına cavab verib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova teleqram kanalda yazıb.
O, Ermənistan baş nazirinin müharibə ilə bağlı açıqlamasına cavab verib.
“Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar məsələni gör nə qədər uzağa apardılar.
Diqqət edin ki, bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyəti və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, – Zaxarova yazıb.
Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüş keçirib. O, görüşdə bildirib ki, İrəvan sərhəd kəndləri məsələsində Bakı ilə güzəştə getməsə, o zaman həftənin sonunda müharibə başlaya bilər.
Xuraman Etibarlı