!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan qanunsuz narkotik maddə keçirməyə çalışan şəxs saxlanıldı

!Reklam – Yazi

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.

DGK-dan Yenicag.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı narkotik vasitələr aşkar edilib.

Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibində kağız bükülünün içərisindən, ümumi çəkisi 1,525 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 1,021 qram, 1 ədəd kibrit qutusunun içərisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3,957 qram olan narkotik vasitə – marixuana, sellofan bükümdə isə təmiz çəkisi 1,310 qram olan narkotik vasitə – həşiş qətranı aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

www.yenicag.az

2754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv