!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan şok iddia: “PUA-lar Türkiyənin nəzarətindəki bölgələrdən buraxılıb”

!Reklam – Yazi

Rusiya Müdafiə Nazirliyindən Türkiyənin Baş Qərargahına və Milli İstihbarat Təşkilatına (MİT) məktub göndərilib.

Yenicag.ru-nun məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən göndərilmiş məktubda bu ölkənin Suriyadakı hərbi obyektlərini təhdid edən Pilotsuz Uçuş Aparatlarının (PUA) Türkiyənin nəzarət etdiyi zonadan göndərildiyi qeyd olunub.

İddiaya əsasən, bu il yanvarın 6-da Rusiyanın Suriyadakı hərbi obyektlərində həyəcan doğuran PUO-lar Müəzzardan buraxılıb. Həmin yaşayış məntəqəsi hərbsizləşdirilmiş İdlib bölgəsinin cənub-qərbində yerləşir və sağlam müxalifətin nəzarətindədir.

Məktubda bildirilib ki, ərazi Türkiyənin məsuliyyət zonasına aid olduğu üçün bu müraciət Baş Qərargah rəisi Hülusi Akar və MİT-in rəhbəri Hakan Fidana göndərilib. Məktubda Türkiyənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin zəruriliyi və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsi vurğulanıb.

Xatırladaq ki, yanvarın 6-da Rusiyanın Hmeymim və Tartusdakı hərbi obyektlərinə 13 PUA yaxınlaşıb, onlardan 10-u vurulub.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, terrorçular PUA-ları 100 kilometr məsafədən idarə edə bilərdilər. Hərbçilər vurulan PUA-ların konstruksiyası, texniki göstəriciləri və onlara quraşdırılmış döyüş sursatlarının tədqiqatına başlayıblar.

www.yenicag.az

2145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv