Rusiya Türkiyənin 250 ton naringisini ölkəyə buraxmayıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk limanına gətirilən türk məhsullları yoxlanışdan keçirilib. Rusiya tərəfi 250 ton naringini (mandarin) “Aralıq dənizi milçəyi”, 19,5 ton pomidoru isə “Cənubi Amerika güvəsi” bəhanəsi ilə sərhəddən geri qaytarıb.
Qeyd edək ki, ölkəyə daxil edilməyən başqa məhsulların da olduğu bildirilir. Lakin bu məhsullar içində ən iri həcmlisi naringi olub.