Rusiyadan Türkiyəyə böyük jest – İş adamları viza almayacaq

ABŞ tərəfindən tətbiq olunan sanksiyalar qarşısında çıxış yolları axtaran Rusiya ilə Türkiyə növbəti razılığa gəlib.

Yenicag.az xəbər verir ki, bu iki ölkə viza sistemini asanlaşdırmaqla bağlı razılığa gəlib.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Onun sözlərinə görə, Rusiya Türkiyədən olan iş adamlarının vizadan azad edilməsinə qərar verib. Artıq iki ölkə arasında bu məsələyə dair razılıq əldə olunub və Türkiyədən olan iş adamları Rusiyaya vizasız gedə biləcək.

COP29