Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyadan Türkiyəyə heç zaman xeyir gəlməyəcək 

Ermənistanın “Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistan-Türkiyə sərhədinin açılmasını müsbət qiymətləndirib:

“Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq”.

Nazir qeyd edib ki, Moskva Ermənistan-Türkiyə danışıqlarına yardım etməyə hazırdır:

“İrəvan və Ankara danışıqlar masasına əyləşən zaman Rusiya onlara ən aktiv yardımı etməyə hazır olacaq”.

Görəsən Rusiya bu prosesdə hansı aktiv rolu oynaya bilər?

Politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında bildirdi ki, Moskvanın Türkiyə ilə Ermənistanı barışdırmaq cəhdləri heç də xoş niyyətlərdən xəbər vermir:

“Türkiyə ilə Ermənistan arasında danışıqlar baş tutarsa, Rusiyanın orada aktiv rol oynayıb-oynamaması ilk növbədə masa ətrafında hansı məsələlərin müzakirə ediləcəyindən asılıdır. Ermənilər yenidən sərhədlərin açılması məsələsini gündəmə gətirsə, Ankara öz mövqeyini dəyişməyəcək. Türkiyə ancaq işğal olunmuş Azərbaycan ərazilərindən erməni ordusu çıxandan sonra sərhədlərin açılması məsələsini müzakirə edə bilər. Lavrov belə bir ciddi danışıq aparıbsa və Türkiyə sərhədi açarsa, ancaq Ankaranın indiki halda buna gedəcəyinə də inanmıram, Qarabağ məsələsinin həlli də düyünə düşəcək. İndiyədək Ermənistanın ən çətin məsələsi məhz Türkiyəni sərhədlərin açılmasına razı salmaq olub və İrəvan buna nail ola bilməyib. İnanmıram ki, Rusiyanın yardım əli uzatmasına baxmayaraq Türkiyə bu addıma getsin. Çünki qarşıda Türkiyədə Konstitusiya dəyişikliklərilə bağlı referendum keçiriləcək. Belə götürəndə, Lavronun özü erməni olduğundan, Ankara ilə İrəvanı danışıqlar masası arxasına gətirməyə çalışırsa, bilin ki, heç bir zaman Rusiyadan Türkiyəyə xeyir gəlməyib və gəlməyəcək də”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

88