“Rusiyadan uzaqlaşaraq oturduğu budağı kəsən Ermənistan hakimiyyətini anlamıram” – Rusiyalı politoloq

“Son aylarda Ermənistanın əsas silah təchizatçıları Rusiya deyil, Fransa və Hindistan olub”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın “Lıfe.ru” informasiya portalında rusiyalı politoloq Dmitri Rodionovun “Ermənistan niyə Rusiya silahlarından imtina etmək kursu götürdü?” başlıqlı məqaləsi dərc olunub.

Həmin məqalədən kiçik bir hissəni təqdim edirik:

“Ruaiya Ermənistana silah göndərib. Bu silahlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib.

Ermənistanın KTMT-də Rusiyanın müttəfiqi olduğunu nəzərə alsaq, ölkələr arasında hərbi-texniki əməkdaşlıq tamamilə təbii haldır.

Bu, həm də Rusiya ilə Ermənistan arasında sürətlə artan gərginlik fonunda öz atlarını bir qədər cilovlamağa ehtiyac duyan İrəvanın bir növ baş əyməsidir.

Lakin son vaxtlar İrəvan üçüncü ölkələrlə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Son aylarda respublikanın əsas silah təchizatçıları Rusiya deyil, Fransa və Hindistan olub.

Qəribə məntiq: İrəvan Moskvanı verdiyi zəmanətlərin səmərəsizliyində ittiham edir. Eyni zamanda heç bir zəmanətin ola bilməyəcəyi digər ölkələrlə fəal əməkdaşlıq edir.

Hindistanı başa düşmək olar: gənc oyunçu kimi kimliyindən asılı olmayaraq qlobal silah bazarında alıcılara ehtiyacı var.

Bundan başqa, bu silahlar Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın tərəfində olan Pakistana “cavab”dır.

Hindistandan alınan silahlar Rusiyadan 2-4 dəfə bahadır. Üstəlik, sırf onu müşayiət edən ədəbiyyatın erməni dilinə tərcüməsi üçün 2-3 milyon dollar ödənilib.

Söhbət hələ də silahlanmanın əsasını təşkil edən Rusiya ilə çox da uyğun olmayan NATO çaplılarından gedir.

Ermənistan Silahlı Qüvvələrinin. Yoxsa Ermənistan nəhayət və dönməz şəkildə Azərbaycan kimi Rusiya silahlarından imtina etmək qərarına gəlib? Amma Azərbaycan KTMT-nin üzvü deyil.

Bəli, Azərbaycan bunu maliyyə cəhətdən ödəyə bilər – proses nəinki ləng, həm də bahalıdır.

Amma Ermənistanda sadəcə olaraq lazımi sayda xidmət personalı, təmir obyektləri, ehtiyat hissələri yoxdur. Bütün bunları sıfırdan yaratmaq lazımdır.

Uzunmüddətli təlim tələb olunacaq və hind sistemləri hələ Ermənistan iqlimində sınaqdan keçirilməyib.

Hindistandan gətirilən son silah partiyasının 30%-dən çoxu artıq bir neçə atışdan sonra sıradan çıxıb və onları aylarla təmir etmək mümkün deyil. Alınan artilleriya qurğuları maksimum atəş məsafəsi xətti boyunca sınaqdan keçirilməyib.

Fransanın motivasiyası da aydındır. Ölkə dünyanın aparıcı silah istehsalçılarından biridir və bazarı genişləndirməlidir.

Üstəlik, bundan çoxlu pul qazanırlar – zirehli texnikalarını Ermənistana 450 min avroya satırlar. Hətta Ukrayna bu “səxavətli” təklifdən imtina etdi.

Siyasi tərəfi də var – İrəvanı Moskvadan qoparmaq.

Amma təhlükəsizliklərinin yeganə qarantiyası olan Rusiyadan uzaqlaşaraq oturduqları budağı kəsən Ermənistan hakimiyyətinin hərəkətlərini anlamaq daha çətindir”.

Xuraman Etibarlı

COP29