Rusiyadan Vaşinqton görüşü ilə bağlı açıqlama – Kreml kənarda qalmaq istəmir

“ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə açıqlamaları İrəvan və Bakının mövqeləri ilə ziddiyyət təşkil edir”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, Ermənistan və Azərbaycan arasında fikir ayrılıqları mövcuddur:

“Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir”./Qafqazinfo/