Rusiyadan yeni Suriya bəyanatı

Rusiya müdafiə naziri Sergey Şoyqu ölkəsinin Suriyada iki hərbi bazada daimi mövcudluğunu saxlayacağını söyləyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir sözügedən bazaların Aralıq dənizi kənarında yerləşən Tartus və Xmeymim bölgəsində olduğunu söyləyib.

6 illik vətəndaş müharibəsi ərzində hakim rejiminə hərbi dəstək verən rus qoşunları Əsədin hakimiyyətdə qalmasında əhəmiyyətli rol oynayıb. Görünür, Rusiya iki hərbi bazada varlığını davam etdirməklə Suriyaya nəzarəti əldən verməyəcək.

Qeyd edək ki, Şoyqu iki həftə əvvəl verdiyi bəyanatda Rusiya hərbi birləşmələrinin bir hissəsinin Suriyadan çıxarıldığını açıqlamışdı.