Rusiyalı aktyor vəfat etdi

Rusiyalı aktyor Andrey Şaronov vəfat edib.

Yenicag.az xəbər verir ki, aktyor 72 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Şaronovun ilk çəkildiyi film 1981-ci ildə lentə alınan “Bu Narva qapısının arxasında” musiqili komediyası olub. O, həmçinin “Markalı”, “Emma”, “Rus simfoniyası”, “Əvvəlcə yaşamaq” və “Belə iş” filmlərində rol alıb.