Rusiyalı aktyordan Bakıda olan sevgilisinə sürpriz – Fotolar

90558_ynmp89eyyrRusiyalı aktyor Aleksandr Petrov Bakının qonağı olub.

O, paytaxtımızda olan aktrisa sevgilisi İrina Starşenbaumaya sürpriz edib.

İrina “Uletnaya proqulka” filminin çəkilişləri ilə əlaqədar uzun müddətdir Bakıdadır.

Aktrisa sevgilisi ilə olan fotosunu paylaşaraq “Dünənki gecənin hədiyyəsi bütün gecələrin hədiyyəsindən yaxşıdır” şərhini yazıb.

Qeyd edək ki, aktyorların sevgisi “Prityajenie” filminin çəkilişləri zamanı başlayıb.

Yerli və rusiyalı kinematoqraflar tərəfindən lentə alınan “Uletnaya proqulka” filminin ideya müəllifi Tahir və Cabir İmnov qardaşlarıdır.(axşam)