!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı deputat: “Paşinyan Qarabağ məsələsində məsuliyyət daşımaq istəmədi” – MÜSAHİBƏ

!Reklam – Yazi

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov, Ermənistanın və Rusiya arasındakı münasibətləri, eləcə də Ermənistan Baş naziri Nikol Paşinyanın gələcək siyasətini şərh edib.

Yenicag.az rusiyalı deputatın Ermənistanın “Hraparak” nəşrinə müsahibəsini təqdim edir:

– Paşinyan gələcəkdə Rusiyaya doğru yönəlməyi düşünə bilərmi?

– Əgər Nikol Vovayeviç vəziyyəti obyektiv şəkildə qiymətləndirərsə o zaman görər ki, son 50 ildə Qərb tərəfindən bu regiona heç bir kömək göstərilməyib. Məsələn, Serbiyanın Kosovo regionu işğal altında qalıb və Qərb bu barədə heç bir addım atmayıb. Amma həmin dövrlərdə Rusiya, həqiqətən də, bu ərazilərin qorunmasında vacib rol oynayıb.

İnanıram ki, Paşinyan, əgər indi bu qərarı verərsə, Rusiya ilə münasibətləri bərpa edə bilər. Rusiyaya qarşı mövqeyini dəyişərsə, biz onunla hər zaman yaxşı münasibətlərdə olacağıq. Rusiya həmişə Ermənistanın qanuni hökuməti ilə yaxşı münasibətlər qurmağa hazırdır. Mən optimistəm və əminəm ki, Paşinyan əvvəl-axır xalqına qayıdacaq və ermənilərin maraqlarını qorumağa başlayacaq.

– Qərbin Ermənistanı dəstəkləməməsi necə izah edə bilərsiniz?

– Bu, çox açıq şəkildə görünür. ABŞ, Avropa və xüsusilə də britaniyalılar, Ermənistanı dəstəkləmək üçün heç bir praktik addım atmadılar. Yalnız sözlərlə kömək etməyə çalışdılar, amma real dəstək vermədilər. Məsələn, Qarabağ müharibəsində Qərb ölkələri nəinki Ermənistana kömək, heç müharibəyə də bir müdaxilə etmədilər.

– Bəs Ermənistanın Qarabağı itirməsinin məsuliyyəti kimdədir?

– Ermənistan hökuməti bütün kapitulyasiya sənədlərini imzaladı, amma bu razılaşmalar Rusiya olmadan imzalandı. Bunun nəticəsində də Azərbaycan ordusu həmin ərazilərdə tam nəzarət qurdu. İndi bu məsələdə başqalarını günahlandırmaq çox asandır, amma reallıq başqa cürdür. Paşinyanın komandası onsuz da Qarabağı itirəcəyini əvvəlcədən bilirdi və məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışdılar. Lakin fakt budur ki, onlar özləri bu əraziləri itirməyə razı oldular.

– Paşinyanın hazırkı siyasətini necə qiymətləndirirsiniz?

– Fikrimcə, Paşinyan və komandası Qarabağ məsələsinə ciddi yanaşmadılar. Əslində, bu komanda yalnız Rusiyanı günahlandırmaq və Qarabağdakı itkiləri bu şəkildə izah etmək istəyir. Amma bu, olduqca absurd görünür. Həqiqət isə budur ki, Rusiya, uzun və çətin danışıqlarla sülhü təmin etdi və hər zaman Ermənistanın təhlükəsizliyinə kömək etməyə hazır olub. İndi isə bəzi mütəxəssislər Rusiyanın müdaxiləsini gözləyir, amma Paşinyan və komandası heç bir zaman Qarabağ məsələsində məsuliyyət daşımaq istəmədilər

– Son olaraq, Rusiya-Ermənistan münasibətlərinin gələcəyi haqqında nə düşünürsünüz?

– Əminəm ki, Rusiya ilə Ermənistanın münasibətləri həmişə yaxşı olacaq. Hər iki ölkədəki erməni xalqı uzun illərdir birgə yaşayır və bir-birinə dəstək olurlar. Paşinyan da bu gerçəyi anladıqdan sonra münasibətləri yenidən bərpa edəcək. Rusiyanın hər zaman Ermənistana dəstək verməyə hazır olduğunu unutmaq olmaz.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv