Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyalı deputat və ekspertlər Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət ediblər - Yenilənib

Reklam: High Technic

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarağacı qəbiristanlığında Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət ediblər.

Yenicag.az-ın məlumatına görə, nümayəndə heyətinin üzvləri burada dağıdılmış məzarlara baxıblar, erməni vəhşiliyi ilə bir daha tanış olublar.

***

13.27

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

Nümayəndə heyətlərinin üzvləri Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.

***

12.45

Azərbaycanda olan bir qrup rusiyalı deputat və ekspert işğaldan azad edilmiş ərazilərə səfər edib.

Rusiyalı deputat və ekspertlərin Ağdama səfəri başlayıb.

Qeyd edək ki, heyətin tərkibinə Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Oleq Valençuk, Rusiyanın Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyası rəhbərinin müşaviri Sergey Voronin, Liberal Demokrat Partiyasının deputatı Sergey Kalaşnikov, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, jurnalist, yazıçı və publisist, “Den TV”nin aparıcısı Dionis Kaptar, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov daxildir.

Loading...

www.yenicag.az

105
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100