Rusiyalı deputatın sayıqlamasına REAKSİYA: “Sən heç Ukrayna ilə bacarmırsan…” – Aqil Abbas

“Hədə-qorxu gəlir, təzyiq göstərirlər. Biz o təzyiqləri çox görmüşük”.

Bu fikirləri Azərbaycana qarşı təhdidlər səsləndirən, hətta Rusiyanın ölkəmizin neft infrastrukturuna zərbələr endirməsi ehtimalını dilə gətirən Dövlət Dumasının deputatı Mixail Delyaginin sərsəmləmələrinə cavab olaraq Milli Məclisin deputatı Aqil Abbas Yenicag.az-a açıqlamasında səsləndirib.

Aqil Abbas Delyaginin ünvanına sərt ifadələr sərf edib:

“Gicdir də, başı çatmır. Azərbaycan da, yəqin, rəsmi mövqeyini bildirəcək. Mən Ağdamdayam, dünyadan da xəbərim yoxdur, onu da eşitməmişəm. Bu da Jirinovskinin bir tayıdır. Sən Bakıya bomba ata bilərsən? Heç Ukrayna ilə bacarmırsan, bu tərəfdən də Azərbaycana şey edirsən. Hədə-qorxu gəlir, təzyiq göstərirlər. Biz o təzyiqləri çox görmüşük. O təzyiqlərə cavab olaraq 44 gün müharibə etmişik və Qarabağı azad etmişik. Bax indi də Ağdamdayam, şəhərdə”.

Aqil Bəkir

COP29