Rusiyalı hərbçilərə mal satmayan sahibkar həbs edildi – Belarus reallığı

Belarusda rusiyalı hərbçilərə mal satmaqdan boyun qaçıran mağaza sahibi həbs olunub.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, hadisə Belarusun qərbində yerləşən Brest vilayətinin Baranoviçi şəhərində qeydə alınıb.

Belarusun dövlət nəşrlərinin iddiasına görə, avtomobillərin ehtiyat hissələrinin satıldığı mağazanın direktoru rusiyalı hərbçiləri işğalçı adlandıraraq, satıcısına onlara mal satmağı qadağan edib.

Mağaza sahibi həbs edildikdən sonra ona qarşı “2020-ci ildə hakimiyyəti zorla dəyişmək” cəhdində iştirak ittihamı irəli sürülüb və adı Ukrayna Silahlı Qüvvələrini dəstəkləyənlərin “qara siyahı”sına salınaraq ona qarşı cinayət işi açılıb.