Rusiyalı jurnalist güllələndi – Kiyevdə

Ukraynanın paytaxtı Kiyevdə rusiyalı jurnalist güllələnib.

Yenicag.az xəbər verir ki, Arkadi Babçenko Kiyevdə yaşadığı mənzildə qətlə yetirilib.

Bu barədə məlumata verən Ukrayna Milli Polisinin sözçüsü Yaroslav Trakalo, jurnalistin xəstəxanaya aparılarkən təcili yardım maşınında öldüyünü deyib.

Hadisə paytaxtın Dnepr rayonunda baş verib. Jurnalistin həyat yoldaşı hadisə zamanı vanna otağında olub. O, atəş səslərinə çıxıb və ərini qan içində görüb, təcili yardım çağırıb. Lakin Babçenko maşınla aparılarkən yolda keçinib.