Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Rusiyalı jurnalist İranda saxlanıldı - FOTO

Rusiyalı jurnalist Yuliya Yuziki İranda saxlanılıb.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Andrey Qanenko bildirib.

Diplomatın sözlərinə görə səfirlik hazırda məsələni araşdırır.

Bildirilib ki, oktyabrın 4-də jurnalist Boris Voysexovski “Facebook” səhifəsində Yuzikin Tehranda saxlanılması ilə bağlı məlumat yayıb: “Dünən (oktyabrın 3-də – red.) Tehranda saxlanılıb. Onu həbsxana kamerasına yerləşdiriblər. Şənbə günü (oktyabrın 6-da – red.) onun məhkəməsi olacaq. O, 10 il müddətinə azadlıqdan məhrum edilə bilər”.

Onun sözlərinə görə, Yuzik bir neçə il əvvəl Tehranda müxbir olaraq işləyib və bu yaxınlarda onu yenidən ölkəyə dəvət ediblər: “Tehranda hava limanında onun pasportunu alıblar. Bildiriblər ki, İrandan gedəndə qaytaracaqlar. Ancaq inqilab keşikçiləri qvardiyasının əməkdaşları onun gecələdiyi mehmanxananın qapısını sındıraraq Yuliyanı aparıblar. Dünən Moskvaya zəng etmək üçün ona bir dəqiqə danışmağa icazə veriblər”.

O deyib ki, kamerada yerdə oturub. Onu İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edirlər: “Bu isə azı 10 il həbs deməkdir”.

Yuzikin qızı anasının “Facebook”dakı səhifəsində faktı təsdiqləyib.

Bildirilib ki, 2016-cı ildə o, Xalq Azadlıq Partiyası Şimal Qafqaz regional qrupunun başçısı kimi dövlət dumasına namizədliyini irəli sürüb.

Qeyd edək ki, Yuliya Yuzik 1981-ci il fevralın 23-də Rostov vilayətində anadan olub. 1999-cu ildə Rostov Dövlət Universitetində təhsil alıb və “Komsomolsk pravda” qəzetinin yerli müxbiri işləyib. 2001-ci ildən Moskvada yaşayır. 2003-cü ilin noyabrında “Allahın gəlinləri” adlı kitabı nəşr edilib. Bu kitab 9 ölkədə yenidən çap olunub.

www.yenicag.az

1348
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM