Rusiyalı kəşfiyyat generalı evində ölü tapıldı

Rusiya xüsusi xidmət orqanlarının istefada olan general-mayoru evində ölü tapılıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan general-mayoru Lev Sotskovun özünü güllələdiyi bildirilir.

Məlumata görə, 90 yaşlı generalın cəsədini xanımı vanna otağında aşkarlayıb. Bildirilir ki, Sotskovun cəsədinin yanında ona mükafat olaraq verilmiş TT markalı tapança və ölümqabağı yazdığı qeyd tapılıb.

Generalın intihar etdiyi qeyd olunsa da, Sotskovun bu addımının səbəbi məlum deyil.

O, 40 ildən artıq müddətdə xüsusi xidmət orqanlarında çalışıb.