Rusiyalı kosmonavtlar fəzada separatçıların bayrağını qaldırdılar – BEYNƏLXALQ QALMAQAL

Rusiya kosmik gəmisində separatçı “LXR” bayrağının nümayişi NASA-nın sərt reaksiyasına səbəb olub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, rusiyalı kosmonavtların separatizmi dəstəkləyən hərəkətinə dair xüsusi bəyanat yayan NASA Beynəlxalq Kosmik Stansiyadan (BKS) siyasi məqsədlər üçün istifadə edilməsinə etirazını bildirib.

NASA-nın bəyanatında qeyd olunub ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünə dəstək xarakteri daşıyan bu addım birmənalı olaraq yolverilməzdir:

“Bu addım elmin və dinc məqsədlər üçün kosmosun inkişafına səy göstərən on beş ölkənin istifadəsində olan BKS-nin əsas funksiyasına ziddir”.