!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı nazir: “Türkiyə ilə ticarət dövriyyəsi 100 milyard dollara çatdırılacaq”

!Reklam – Yazi

Bu gün Antalyada Türkiyə-Rusiya Əməkdaşlıq Şurasının 20-ci birgə toplantısı keçirilib.

Yenicag.az oilgas.az-a istinadən xəbər verir ki, toplantıda iştirak edən Rusiyanın energetika naziri Aleksandr Novak iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da genişləndiriləcəyini və qarşılıqlı münasibətlərin möhkəmləndiriləcəyini vurğulayıb: “Ölkə başçıları tərəfindən ticarət həcminin 100 milyard dollara çatdırılması hədəfi qoyulub. Kənd təsərrüfatı, inşaat, metallurgiya və energetika ilə yanaşı, həm də əczaçılıq, digital texnologiya kimi sahələrdə də ortaq sərmayələri artırma potensialına malikik”.

Şurada Türkiyəni təmsil edən Tuncay Özilhan çıxışında iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 14 faiz artaraq, 25 milyard dollara çatdığını bildirib. Öz növbəsində Özilhan da Rusiya və Türkiyə arasındakı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

www.yenicag.az

2488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv