!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı politoloq: "ATƏT-in Minsk Qrupu səhifəsini bağlamağın vaxtı çatıb"

!Reklam – Yazi

“Regionda münasibətlərin tənzimlənməsi üçün daha effektiv alətlərə müraciət etməyin vaxtı çatıb”.

Bu fikirləri ATƏT-in Minsk qrupunun postmüharibə şəraitində mövcudluğunu dəyərləndirən rusiyalı politoloq Anton Bredixin səsləndirib.Politoloqun fikrincə, Minsk qrupu səhifəsi artıq bağlanmalıdır:

“ATƏT-in Minsk qrupu, məncə, keçmişin yadigarıdır. 30 ildir qrup Qarabağ münaqişəsinin həllində qeyri-sabitliyini və bacarıqsızlığını nümayiş etdirir. Onların fəaliyyətləri regionda vəziyyətin həllinə təsir edən amil deyil. Onların gələcəyini heç görmürəm. Ona görə də, təbii ki, Rusiyanın sülhməramlı missiyasını artıq ATƏT ilə müqayisə etmək olmaz.

ATƏT missiyası Donbas da daxil olmaqla postsovet məkanındakı digər münaqişələrdə də öz uyğunsuzluğunu sübut etdi.

Bu səbəbdən, fikrimcə, həqiqətən də, onu ATƏT-in Minsk Qrupu səhfəsini bağlamağın vaxtı çatıb. Regionda münasibətlərin tənzimlənməsi üçün daha effektiv alətlərə müraciət etməyin vaxtı çatıb”.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv