!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı senator: “Xüsusi əməliyyat”ı pisləyən qızımı övladlıqdan çıxarmamışam”

!Reklam – Yazi

Rusiyalı senator qızını övladlıqdan çıxarması haqda yayılan məlumatlara aydınlıq gətirib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının üzvü Eduard İsakov ölkəsinin Ukraynaya qarşı hərbi təcavüzünü pisləyən qızı Diananı övladlıqdan çıxarmadığını deyib.

İsakov bildirib ki, qızını övladlıqda çıxarmasa da, onun bu hərəkətindən çox məyus olub:

“Bir ata kimi nədə səhvə yol vermişəm? Qızım nəyə görə mənə qulaq asmaq istəmir? Niyə məni qəddar zənn edir?

Ola bilər, uşaq vaxtı ona az diqqət yetirmişəm. Mən uşağın tərbiyəsinə görə özümü məsuliyyətdən kənar qoymuram. Bu mənim qızımdır, mənim dərdimdir”.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv