Rusiyanı qana boyayan şəxsin fotosu

Sankt-Peterburq metro stansiyasında partlayış törədən terroristin görüntüsü yayılıb.

Yeniçağ.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində metro stansiyasında şiddətli partlayış baş verib. Hadisə zamanı 10 nəfər həlak olub, 47 nəfər isə yaralanıb. Partlayışdan sonra bütün metro stansiyaları bağlanılıb.

Rusiya Baş Prokurorluğu partlayışın bir terror aktı olduğunu və partlayışa səbəb olan bombanın növünü açıqlayıb.

Təhlükəsizlik kameralarında əks olunan partlayış görüntülərində başına papaq taxmış bu şəxs şübhəli qismindədir.

Yeniçağ.Az