!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanı silkələyən NAVALNI HƏRƏKATI: “Əgər Putin etirazçılara atəş açdırsa...” - Zərdüşt Əlizadənin ŞƏRHİ

!Reklam – Yazi

“Navalnı hərəkatının Rusiyadakı vəziyyətə müəyyən təsiri olacaq, ancaq bunun Putinin devrilməsi ilə nəticələnəcəyini düşünmürəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsindən sonra ölkəni bürüyən kütləvi etiraz aksiyalarının mümkün nəticələrini dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, avtoritar, nəhəng resursları, pulu, nüvə silahı olan ölkələrdə hakimiyyəti devirmək üçün davamlı proses getməlidir:

“Prosesin ən mühüm mərhələsi Rusiyanın hakim zümrəsində dərin çatın yaranmasıdır. Hakim zümrənin bir hissəsi vəzifədə olan şəxsin getməsini istəməlidir. Onlar cəmiyyətdə Putinə qarşı açıq çıxış etməsələr də, ona qarşı kütləvi etiraz dalğası yaradırlar.

Bu etiraz gücləndikcə, hakimiyyət zor işlətməli olur. Nəticədə hakimiyyətlə xalq arasında uçurum yaranır. Qarşıdurma, qan tökülməsi, daha çox sayda insanın öldürülməsi baş verərsə, hakimiyyətdə olan şəxsin “qaniçən” imici yaranacaq və o halda Putini hakimiyyətdən devirmək olar.

Bu variant vaxtilə Azərbaycanda, o cümlədən, Ermənistanda aktual olub, hakimiyyət uğrunda mübarizədə bu texnolgiyadan istifadə edilib. Bəzi hallarda alınıb, bəzi hallarda yox. Bəzən hakimiyyətdə olan şəxsi seçim qarşısında qoyurlar, ya qan töksün, ya da getsin.

Azərbaycanda Ayaz Mütəllibov, Ermənistanda da Serj Sarkisyan qan tökmədən hakimiyyətdən getdi. Robert Köçəriyan isə qan töküb, hakimiyyətdə qalmışdı. Bu, texnologiyadır. Hələlik Putin həbslər və məhkəmələr vasitəsilə etirazçıları neytrallaşdırır. Əgər Putin etirazçılara atəş açdırsa, bu, onun süqutunun başlanğıcı olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

987
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv