!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanı Türkiyə ilə toqquşdurmaq səyləri davam edir" - Çeçen ekspert

!Reklam – Yazi

Rusiya ilə Türkiyənin yaxınlaşması radikalların Qafqazda aktivləşməsinə səbəb olub.

Baş verənləri Yenicag.ru-ya çeçen ekspert İslam Saydayev şərh edib.

O, Gürcüstanda keçirilən xüsusi əməliyyat və İŞİD-in komandirlərindən biri Əhməd Çatayevin məhv edilməsini radikalların son “çırpınışı” adlandırmaq olar.

“Mən deməzdim ki, radikalların bu aktivləşməsi bütün Qafqazı əhatə edir. Bu insident daha çox Gürcüstana xasdır. Qafqazda isə radikalların aktivləşməsinin şahidi deyiləm. Düşünürəm ki, xüsusi təyinatlılar, Yaxın Şərqdə baş verən son hadisələrdən sonra, sadəcə olaraq, işlədikləri adamları aradan qaldırırlar. Bunlar aldadılmış şəxslərdir. Bu haqda mən “Şahidi aradan götürmək” adlı kitabımda yazmışam. Analoji tədbiri, Qərb oyunlarında iştirak edən bütün əlaltılara qarşı görəcəklər”, deyə ekspert vurğulayıb.

Daha sonra, o, Qafqazda baş verənlərin arxasında, Rusiya ilə Türkiyənin yaxınlaşmasına mane olmağa cəhd edən Qərbin dayandığını söyləyib:

“Tiflisdəki qarşıdurmanı bununla əlaqələndirməzdim. Ankara ilə Moskvanın əməkdaşlıqlarına mane olmaq üçün, Suriya sərhədində türk qırıcıları tərəfindən rus bombardmanının məhv edilməsi və Türkiyədə baş verən çevriliş cəhdi kimi daha geniş provokasiyalar həyata keçirilmişdi. Rusiya ilə Türkiyəni toqquşdurmaq cəhdlərinin davam edəcəyi istisna olunmur, çünki Avrasiyada güclü geosiyasi birliyin yaranması Qərb üçün sərfəli deyil”.

Xatırladaq ki, bir neçə gün əvvəl Tiflisdə xüsusi əməliyyat keçirilib. Nəticədə, İŞİD-in komandirlərindən biri, Gürcüstanda yaşayan, Əhməd Çatayev öldürülüb. Əməliyyat zamanı xüsusi təyinatlı dəstənin bir gürcü zabiti həlak olub, ikisi isə yaralanıb.

www.yenicag.az

2020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv