!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın ABŞ-dakı səfirliyi: “Sanksiyalar ikitərəfli münasibətləri pozur və cavabsız qalmayacaq”

!Reklam – Yazi

aa4c693c-851e-4cdf-83fa-7e70a4d5307a_292“ABŞ-ın Rusiya, rus diplomatları və onların ailə üzvləri barəsində sanksiyaları ikitərəfli münasibətləri pozur və cavabsız qalmayacaq”.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyində bildiriblər.

“Biz ABŞ administrasiyasının Rusiyaya, rus diplomatlarına və onların ailə üzvlərinə qarşı yeni sanksiyaları adi düşmənçilik aktı kimi qiymətləndiririk. Dekabrın 29-da elan edilmiş sanksiyalar bilavasitə Rusiya-Amerika ikitərəfli münasibətlərini pozmağa yönəlib. Onlar cavabsız qalmayacaq”, – deyə Rusiya diplomatik missiyasının Twitter xəbərində deyilir.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalatın tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar tətbiq olunub.

Sanksiyalar Rusiyanın bir sıra rəsmi şəxslərinə, habelə 5 təşkilata şamil edilib.

Bununla yanaşı, ABŞ-ın Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərəcək və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəliklərini bağlayacaq. Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

Yeniçağ.Az

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv