Rusiya PKK terror təşkilatının Afrindən Əsəd bölgəsinə çıxış qapısı Təl-Rıfatdan əsgərlərini geri çəkib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 80-ə qədər rus əsgəri rejimin nəzarəti altında olan Nubl-Zəhra bölgəsinə keçib. Təl-Rıfatdan çəkilməklə Rusiyanın Afrinlə bütün əlaqələri kəsilmiş olub.
Digər tərəfdən isə Türk Silahlı Qüvvələri Hələbin 25 km yaxınlığına qədər irəliləyib. Əl-İys kəndini nəzarətə götürən türk əsgərləri PKK-çıları cənubdan tamamilə mühasirəyə alıblar.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatının altıncı günündə Afrindən “qaçış yolu”na da 500 nəfərlik hərbi kontingent yerləşdirilib.