Rusiyanın amfibiya gəmiləri VURULDU

Ukraynanın müdafiə qüvvələri Sevastopolda Rusiyanın iri “Yamal” və “Azov” amfibiya gəmilərinə, Rusiya Federasiyası Qara Dəniz Donanmasının rabitə mərkəzinə və bir sıra infrastruktur obyektlərinə zərbələr endirib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.

“Ukraynanın müdafiə qüvvələri Rusiyanın “Yamal” və “Azov” iri amfibiya gəmilərini, rabitə mərkəzini, habelə müvəqqəti olaraq işğal olunmuş Sevastopolda Rusiya Federasiyası Qara Dəniz Donanmasının bir sıra infrastruktur obyektlərini uğurla vurub”, – məlumatda deyilir.

COP29