Rusiyanın Ankaradakı səfirliyi və İstanbuldakı baş konsulluğu qarşısında etiraz aksiyaları keçirilib.
Yenicag.az “Avropa.info”-ya istinadən xəbər verir ki, səfirlik və baş konsulluq toplaşan insanlar Rusiyanın Suriya siyasətinə və Hələbdəki vətəndaşlara qarşı hücumlara etiraz ediblər.
Türkiyədə sosial şəbəkələr vasitəsilə təşkilatlanan bir qrup insan Rusiyanın Ankara səfirliyi qarşısında toplanaraq bu ölkənin Hələb şəhərində etdiyi qətliamlara öz etirazını bildirib.
Səfirlik binası qarşısında gecə gec saatlarda toplanan insanlar başda Rusiya olmaqla Suriyada rejimi dəstəkləyən İran və Çinin əleyhinə şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları hüquq mühafizə orqanlarının xəbərdarlığına baxmayaraq aksiyanı dayandırmaqdan imtina ediblər.
Rusiyanın Bəşər Əsəd rejimi ilə əməkdaşlıq edərək Hələbdə mülki şəxslərə qarşı qətliam törətdiyini və kimyəvi silahlardan istifadə etdiyini deyən aksiyaçılar bir müddət Suriya rejimi və Rusiya əleyhinə şüarlar səsləndirməyə davam ediblər.
Yenicag.az