“Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ermənilərdir” – Orxan Camal

Bu gün Bakıda “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpozium baş tutub.

Simpozium “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunub. Simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və Azərbaycandan olan tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər qatılıblar. “Regionda informasiya təhlükəsizliyi və QHT-lərin əməkdaşlığı”na həsr olunmuş üçüncü paneldə çıxış edən rusiyalı müstəqil ekspert Orxan Camal Rusiya mediasında baş verənlərə toxunaraq, çox maraqlı bir faktı açıqlayıb:

“Rusiyanın KİV məkanında baş verənləri obyektivlik baxımından heç də müsbət qiymətləndirə bilmərik. Çünki hazırda Rusiyanın aparıcı kütləvi informasiya vasitələrində rəhbərlik ermənilərin əlindədir. Belə olduğu halda Azərbaycan haqqında həqiqətlərin rus mediasında olduğu kimi əks-səda tapması şübhə doğurur”.

COP29