“Rusiya ilə istənilən birliyin əleyhinəyəm. Rusiya ilə İran bir dəfə 400 min км² olan bir ölkəni parçalayıb. İkinci dəfə 114 min км² ərazi ilə SSRİ-yə daxil olmuşuq, 86.6 км² ərazi ilə oradan çıxmışıq. Dağlıq Qarabağ və ətraf rayonlar məhz Rusiya tərəfindən işğal olunub, Ermənistanın nəzarətinə verilib”.
Yenicag.az xəbər verir ki, bu sözlərin müəllifi prezidentliyə namizəd Fərəc Quliyevdir. Fərəc Quliyev bildirib ki, Ruisya bu gün də, pozucu hərəkətlərini davam etdirir: “Bəzən rusların bizə satdığı silahlar barədə danışırıq. Sonradan məlum olur ki, bunlar sıradan çıxmış silahlardır. Ermənistana Rusiya bir ittifaqın tərkibindədirlər, istənilən halda ruslar erməniləri daha güclü silahlarla təmin edəcəklər”.
NATO-ya üzv olmağı təklif edən Fərəc Quliyev əlavə olaraq deyib ki, NATO olmasa da, başqa bloklar da təşkil etmək mümkündür: “Türkiyə başda olmaqla türk dövlətlərinin blokunun yaratmaq mümkündür. Hazırda türk ölkələri arasında münasibətlər çox yaxşıdır. Bu addımı atmağın zamanıdır”.