Reklam: High Technic
hightechnic

Rusiyanın Azərbaycana satdığı tanklar - VİDEO

Rusiya 2016-cı ildə Azərbaycana T-90C tanklarının satışını davam etdirib.

Bunu Rusiya prezidenti Vladimir Putin Hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında deyib.

O bildirib ki, Bakı və Moskva arasında T-90C tanklarının satışı ilə bağlı razılıq 2011-ci ildə əldə olunub.

2014-cü ildə Rusiya Azərbaycana 100 tank göndərib. İkinci partiyada da eyni sayda T-90C tankının Bakıya göndərilməsi nəzərdə tutulurdu.

V.Putinin sözlərinə görə, 2016-ci ildə Rusiya xaricə 15 milyard dollar dəyərində silah və hərbi texnika satıb. O bildirib ki, cari ildə Moskva yeni milyardlıq müqavilələr imzalamağı planlaşdırır.(istipress)

Yeniçağ.az

www.yenicag.az

114