!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib

!Reklam – Yazi

sefirlikRusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən sonra RF-nin Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib.

Yenicag.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin RF-nin MDB-dəki sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

V.Doroxin qeyd edib: “Mən Azərbaycana inanıram və inanıram ki, burada başıma heç bir iş gəlməyəcək”.

Səfir bu çətin məqamda dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

 

Yenicag.az

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv